"Sağlam qidalanma" mövzusunda seminar təşkili olundu

Reproduktiv sağlamlığa həsr olunan tədbirlər çərçivəsində "Sağlam qidalanma" mövzusunda seminar təşkili olundu. Məktəbin psixoloqu Gülbəniz Hüseynova və məktəbin həkimi Uğur Əliyeva şagirdlərə sağlam həyat tərzini şərtləndirən amillərdən biri olan sağlam qidalanma haqqında geniş məlumat verdilər.

Qida rasionumuzda meyvə-tərəvəzin, ağartı məhsulların insan orqanizminə faydalarını, enerji dəyəri yox, qida dəyəri çox olan məhsullara üstünlük verməyin vacibli olduğunu nəzərə çatdırdılar. Fəstfud qidalaların insan orqanizminə ziyanı, hərəkətli həyat tərzi, düzgün yuxu rejimi və yeniyetmələrin düzgün qida rasionu haqqında tövsiyələr verildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi