Şagirdlərin asudə vaxtınının səmərəli təşkili
Ill "D" sinfinin şagirdləri sinif müəllimi İlahə Hacıyevanın təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər.
Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrda "İki küpəgirən qarı" musiqili nağıl-tamaşanı izlədilər.
Tamaşa şagirdlərin böyük marağına səbəb oldu.
Bu cür gəzintilərin təşkilinin şagirdlərin mənəvi tərbiyəsinə və dünyagörüşünün artırılmasına təsiri əvəzsizdir.