"Məhəmməd Füzuli lirikası" ədəbi-bədii kompozisiyası

23.04.2024-cü il tarixində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş "Məhəmməd Füzuli lirikası" ədəbi-bədii kompozisiyası keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kübra Vlll "A" sinfinin şagirdləri ilə Məhəmməd Füzulinin həyat və yaradıcılığından danışdı, lirik şeirlər divanından nümunələr söyləndi. Şairin lirika dünyasına səyahət etdilər.

Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, eləcə də istedadları üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi