Məktəblərdə Məhəmməd Füzuli ayı
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Məktəblərdə Məhəmməd Füzuli ayı" çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Heydərova Sevil lll "D" sinfinin şagirdləri ilə "Meyvələrin söhbəti" alleqorik poemasının məzmunu üzərində iş apardı.
Bu poemada şöhrətpərəstlik,mənəmlik xəstəliyinə tutulmuş meyvələrdən söhbət açılır.Şair bu meyvələrin timsalında cəmiyyətdəki o cür insanları tənqid edir və onlara doğru yol göstərir.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı dolğun maarifləndirmə işləri aparmaqdır.