Ekskursiyalar

Vll "Ç"sinif şagirdləri sinif rəhbəri Rəhimli Albinanın təşkilatçılığı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyinə ekskursiya etdilər.

 Uşaqların böyük marağina səbəb olan ekskursiyada bələdçilər qədim insanların məşğuliyyətləri, istifadə edilən əmək alətləri, qidalanmaları, yaşayış tərzləri haqqında məlumat verdilər. Qədim insanların yaşayış yeri olan mağaralardakı təəssüratlar isə şagirdlərimizin yaddaşında hələ uzun müddət iz buraxacaqdır. Tariximizin tədqiqində bir mərhələ olan bu ekskursiya uşaqlarımızı daha böyük tədqiqatlara sövq edəcəkdir.

Məqsəd şagirdlərdə tarixi bilgiləri genişləndirmək, dünyagörüşünü artırmaq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi