IV və VI siniflərdə keçiriləcək monitorinqlərin çərçivə sənədləri fənn müəllimlərinə çatdırıldı

AR Elm və Təhsil Nazirliyi tərəfindən lV və VI siniflərdə mərkəzləşdirilmiş qaydada keçiriləcək monitorinqlərin çərçivə sənədləri metodbirləşmə rəhbərləri və həmin fənləri tədris edən fənn müəllimlərinə çatdırıldı. Qiymətləndirmənin aparılacağı tədris dili, riyaziyyat və təbiət fənləri üzrə monitorinqdə istifadə olunacaq tapşırıqların strukturu ilə məsul tərəflər məlumatlandırıldı. Müəllimlərarası əməkdaşlıq tövsiyə olundu. Dərslərdə çərçivə sənədində verilmiş tapşırıq nümunələrində göstərilən formada tapşırıqlardan istifadə edilməsi tapşırıldı və mənbələr barədə məlumatlar verildi. Şagirdlərlə  zamanın idarə olunması və monitorinq zamanı davranışla bağlı maarifləndirici işlərin də  həyata keçirilməsi təmin ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi