Məktəbdə "Açıq qapı" həftəsi keçirilir

"Ailəm və məktəbim" layihəsi çərçivəsində 01-05 aprel tarixləri aralığında "Açıq qapı" həftəsi başlandı.

01-02 aprel tarixlərində ibtidai təhsil pilləsində təhsil alan şagirdlərin valideynləri məktəbdə olacaqlar. Dərs prosesində iştirak edəcək, məktəbdəki təlim-tərbiyə prosesini müşahidə edəcək və müəllimlərlə əməkdaşlıq edəcəklər. İlk gündə məktəbin direktoru da valideynlərlə birgə dərsləri dinlədi. Övladlarını nailiyyətə aparan yanaşmalar müzakirə olundu.

Məqsəd cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisəsi arasında səmərəli əməkdaşlığın qurulmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi