Azərbaycan Geologiya Muzeyinə ekskursiya
VIII “C” sinfin şagirdləri Azərbaycan Geologiya Muzeyini ziyarət etdilər. Ekskursiya zamanı şagirdlər ölkəmizin bütün bölgələrindən 5000-dən çox dağ süxuru, mineral və kristallar haqqında məlumatlar əldə etdilər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə yönəltmək, onları bu barədə daha da maarifləndirməkdir.