"Təhlükəsiz məktəb" layihəsi keçirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə "Təhlükəsiz məktəb" layihəsi çərçivəsində 05 mart tarixində uşaq və gənclərin fövqəladə hallar zamanı (sudaboğulma, yanğın, dəm qazı təhlükəsi) davranış qaydalarına həsr olunmuş maarifləndirici təlim keçirildi.
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları məktəblilərə
• Əmək təhlükəsizliyinin əhəmiyyəti;
• Ekolojı təhlükəsizlik;
• Qaz təhlükəsizliyi;
• Yanğın təhlükəsizliyi;
• Liftdən istifadə qaydaları;
• Elektrik təhlükəsizliyi;
• İlk yardım anlayışı
mövzularında ətraflı məlumat verdilər və tətbiqi üzrə onlarda ilkin bacarıqlar formalaşdırdılar.
Məktəbli iştirakçılara sağlamlıq və ətraf mühitinin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanıldı, sertifikatlar təqdim olundu, hədiyyələr verildi.
Təlimdə ümumilikdı 105 nəfər olmaqla V və Vl siniflərin şagirdləri, sinif rəhbərləri və məktəbin rəhbər heyəti iştirak etdilər.Təlimin sonunda məktəb şagirdlərinin təqdimatında bədii hissə oldu.
Görüş çox faydalı oldu.