Ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili

Elm və Təhsil nazirinin "Ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili" barədə F-382 nömrəli əmrinə əsasən məktəbdə peşə seçimi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunur. Peşəyönümlü koordinator, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Qorodayeva Gülnar peşə təhsilinin insan həyatında rolu, peşə seçiminə təsir edən amillər, peşənin şəxsə uyğun necə seçilməsi haqqında sinif saatları keçirir. Şagirdlərlə interaktiv müzakirələr aparılır, qrup fəaliyyətləri həyata keçirilir. Məktəbin psixoloqu Hüseynova Gülbəniz bu maarifləndirmə saatlarında iştirak edərək şagirdlərin fərdi və psixoloji xüsusiyyətlərinin,qabiliyyətlərinin, eləcə də peşə istiqamətinin öyrənilməsi məqsədilə sorğular keçirir.

Məqsəd şagirdlərin peşə marağının və qabiliyyətlərinin öyrənilməsi,düzgün peşə seçimində dəstəyin göstərilməsidir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi