"Məsuliyyəti birgə paylaşaq" – maarifləndirici görüşlər keçirildi
Məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, etik qaydalara əməl olunması, neqativ halların qarşısının alınması, müəllim və məktəb nüfuzunun qorunub-saxlanması istiqamətində məktəb valideyn komitə sədirləri və sinif rəhbərləri ilə görüş keçirildi. Məktəbin direktoru Sitarə Abbasova məktəb-valideyn münasibıtlərinin düzgün tənzimlənməsində hər kəsin məsul olduğu vəzifələr və cavabdehlik ətrafında söhbət apardı. Neqativ hallar zamanı atılacaq sərt addımlar barədə qarşı tərəfi xəbərdar etdi.