"Kim daha zəkalıdır?" intellektual bilik yarışı keçirildi
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Təranə Siracovanın məktəbdə apardığı "Məntiqi riyaziyyat" dərnəyinin üzvləri arasında "Kim daha zəkalidir?" adlı intellektual bilik yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd uşaqlarin məntiqi təfəkkürünü inkişaf etdirmək, dərnəklərə maraq yaratmaq, onların asudə vaxtlarını səmərəli və düzgün təşkil etməkdir.
Yarışın münsiflər heyəti məktəbin direktoru Sitarə Abbasova, direktor müavinləri Rəna Məmmədova, Gülnar Qorodayeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, metodist Səriyyə Hüseynova idi.
Yarışda 17 dərnək üzvü iştirak edirdi. Onlar"Xəzər", "Zəka", "Uğur" komandalarını təmsil edirdilər. "Xəzər" komandası yarışın qalibi oldu. Qalib komandaya diplomlar, digər iki komandaya isə təşəkkürnamə təqdim edildi.