Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin məktəbin şagirdləri ilə görüşü oldu
Azərbaycan Uşaq Qaynar Xətt xidməti olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin dəstəyi ilə məktəb şagirdləri ilə maarifləndirici görüş oldu.Məqsəd Uşaq Qaynar Xətt xidməti haqqında uşaqlar və yeniyetmələr arasında tanıtım etmək, həmçinin hər hansı çətinliklərlə, zorakılıqla, bullinq (qısnama), stress, aqressivlik və digər psixoloji gərginlik halları ilə üzləşdiklərində yardımın əlçatanlığı ilə bağlı məlumatlandırma işləri aparmaqdır.
UNUTMA! Yardım telefon qədər yaxındır.
116 111