“Ana dili – milli varlığımızdır” adlı ədəbi-bədii gecə keçirildi

21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dili – milli varlığımızdır” adlı ədəbi-bədii gecə keçirildi. Gecədə qonaq qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Nəsimi rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Təhsil İnstitutunun Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi  Aysel Xanəliyeva, Firudin bəy  Köçərli adına Respublika Uşaq Kitabxananın müdiri Şəhla Qəmbərova, "Azərbaycan müəllimi" qəzetinin şöbə direktoru Şakir Cəfərov, “Altun” nəşriyyatının müdiri, Azərbaycan dili-ədəbiyyat dərsliklərinin müəllifi Rafiq İsmayılov, İbtidai siniflər üzrə Azərbaycan dili dərslik müəllifi Solmaz Abdullayeva və məktəbin valideynləri iştirak etdilər.

 Tədbir milli-mənəvi dəyərlərimizə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxışla başlandı. Bədii hissə Azərbaycan Respublikası Dövlət Himni və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin anılması ilə açıq elan edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ana dili haqqında çıxışı səsləndirildi. Tədbir iştirakçıları Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parçanı canlandırdılar. Daha sonra klassik Azərbaycan şairləri: Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai obrazlarını səhnələşdirdilər. Bəxtiyar Vahabzadənin “Mənim ana dilim”, “Ana dili” şeirləri, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Qızlar” rəqsi və Emin Sabitoğlunun “Şirin dil” mahnısı məktəbin şagirdləri tərəfindən ifa edildi. Tədbir Ulu öndər Heydər Əliyevin Ana dili haqqında çıxışından hazırlanmış videoçarx ilə tamamlandı. Qonaqlar tədbirin sonunda Azərbaycan dilinin saflığının qorunub-saxlanması, dilimizə olan dövlət qayğısı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması ətrafında çıxışlar etdilər. Xatirə şəkli ilə ədəbi bədii gecə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi