Şagirdlərimizin “Velosiped İdmanı” növü üzrə məktəblərarası Açıq Turnirdə iştirakı

15. 02. 2017-ci il tarixində “Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində Azərbaycan Velosiped İdman Federasiyasının iştirakı ilə Respublika “Velotirek” Manejində “Velosiped İdmanı” növü üzrə məktəblərarası Açıq Turnir keçirildi. Turnirdə məktəbimizin 7-ci siif şagirdləri iştirak etdilər. 7b sinif şagirdləri Ələsgərov Asif I yer, Abıyev Elnur II yer, 7a sinif şagirdləri Nəcəfova Çiçək və Məhərrəmov Vahid isə III yer tutmuşlar. Şagirdlərə diplomlar təqdim olunmuşdur. Onları tıbrik edir və yeni-yeni uğurlar arzulayırıq.