Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlandı

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə 23 oktyabr tarixində lV, VI, Vll, Vlll siniflərdə keçirilmiş dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının monitorinq nəticələri açıqlandı. Məktəbimiz reytinq cədvəlində rayon üzrə 8-ci yerdə, BŞTİ üzrə 92-ci yerdə oldu. Siniflər üzrə ən yüksək nəticəni 77,03 balla IV "A" sinfi göstərdi.

Təhlil fənn müəllimləri ilə müzakirə olundu.

Ayrı-ayrı siniflərin nəticələri ilə tanışlıqdan məlum oldu ki, şagirdlər lV siniflərdə Azərbaycan bölməsi üzrə 2.2.2-oxuyarkən qabaqcadan müəyyənləşmiş sualların cavablarını mətndən seçir; 2.2.3-mətnin tərkib hissələrini onun əsas məzmunu ilə əlaqələndirir; rus bölməsi üzrə 2.1.2-sözün həqiqi və məcazi mənaları arasında bağlılığı müəyyən edir; 2.2.5-əldə etdiyi məlumatlara əsasən mətndəki fakt və fikirlərə münasibət bildirir; 2.2.3-mətnin tərkib hissələriini onun əsas məzmunu ilə əlaqələndirir;

Vl-Vll siniflərdə 2.2.1-tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur; 2.1.1-sözün kontekstə görə mənasını müəyyən edir; 4.1.1-cümlənin məqsəd və intonasiyaya görə növlərini müəyyən edir;

Rus bölməsi üzrə 1.1.2-dinlədiyi məlumatlardakı əsas faktları seçir; 2.2.1-tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur; 2.1.1-sözün kontekstə görə mənasını müəyyənləşdirir; 4.1.1-məqsəd və intonasiyaya görə cümlənin növünü müəyyənləşdirir; 2.2.3-mətndəki əsas fikri müəyyənləşdirir standartları üzrə zəif nəticələr göstəriblər. Zəif nəticələrin aradan qaldırılması istiqamətində tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi