Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə məktəblilərlə görüş keçirdi

Görüşdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəis müavini polkovnik-leytenant Aida Səfərəliyeva, mayor Renat Fazlullov, mayor Rauf Məmmədov, kapitan Akim Həsənov baş məsləhətçi Vüsalə Səfərova, baş məsləhətçi Xalid Məmmədov, Dövlət Yanğın Nəzarəti Xidməti kapitan Elay Balakişiyev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti baş leytenant Fərid İlhamoğlu iştirak etdilər.

Nazirliyin əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar,o cümlədən yanğının baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verildi, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olundu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani göstərildi.Diskussiya şəklində keçən görüş səmərəli oldu.

Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb heyətinə və şagirdlərə müvafiq bilgilərin verilməsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi