Fənn aylığı davam edir

2016-2017-ci tədris ilinin fevral ayı fəaliyyət planına əsasən Azərbaycan dili və ədəbiyyatı fənləri aylığı elan olunmuşdur. Bununla əlaqədar məktəbdə təşkil olunmuş növbəti dərslərdən biri rus bölməsinin 1c sinfində Azərbaycan dili fənni üzrə “Sənət və peşələr” mövzusunda şagirdlərin təqdimatı əsasında hazırlanmış layihə oldu. Layihədə şagirdlər müxtəlif peşə sahiblərini canlandırdılar, rollu oyunlar, kiçik səhnəciklər nümayiş etdirdilər. Layihə-təqdimat məktəbin Azərbaycan dili müəllimləri Allahverdiyeva Qiymət və İbrahimova Esmira tərəfindən hazırlanmışdı. Dərsin məqsədi şagirdlərə kiçik yaşlarından müxtəlif peşələri sevdirmək, bu sənətlərin mahiyyətini açıqlamaq, gələcəkdə Vətənə, xalqa xidmətə cəlb etmək idi.