Məktəbdaxili qiymətləndirmənin düzgün təşkilinə dair görüş keçirildi

          18 dekabr tarixində Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə və baş məsləhətçi Əhməd Məmmədov tərəfindən məktəbdaxili qiymətləndirmənin düzgün təşkilinə dair görüş keçirildi. Görüşdə  Nəsimi rayonu ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və metodbirləşmə rəhbərləri iştirak etdilər. Formativ qiymətləndirmə və summativ qiymətləndirmənin məqsədləri, hazırlanma qaydaları, təlim nəticələrinə nail olmanın səmərəli yolları barədə suallar cavablandırıldı. Anar Mustafazadənin "Müasir dərsin quruluşu", "Şagird nailiyyətinin yüksəldilməsi" təqdimatları da maraqla dinlənildi.

Görüşdə məqsəd ümumi təhsil müəssisələrində keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili istiqamətində müəllimlərə dəstək olmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi