Məktəbdə "Açıq qapı" həftəsinə başlandı
Valideynlərlə əməkdaşlığın artırılması, təlim nailiyyəti zəif olan şagirdlərlə işin səmərəli təşkili, tədris prosesinə valideynlərin də cəlb olunması məqsədilə ibtidai təhsil pilləsində 11–12 dekabr tarixlərində "Açıq qapı" gününə başladıq. Valideynlər təlim prosesini izlədikdən sonra rəy və təkliflərini yazılı formada "Təkliflər qutusu"na yerləşdirirlər. "Açıq qapı" günləri sonrakı günlər digər sinifləri əhatə edəcəkdir. Rəy və təkliflər təhlil ediləcək, məktəbin fəaliyyət istiqamətlərində nəzərə alınacaqdır.