Fənn aylığı

Məktəbin fəaliyyət planına əsasən fevral ayı Azərbaycan dili və Ədəbiyyatı, Rus dili və Ədəbiyyatı fənn aylığı elan olunmuşdur. Bu məqsədlə əksər dərslər məktəbin kitabxanasında təşkil edilir. 10. 02. 2017-ci il tarixində müəllim Abbasova Yeganə 5b sinfinin şagirdləri ilə birgə N. Gəncəvinin əsərlərini müzakirə etdi. Müzakirə zamanı şagirdlərin yaş səviyyəsinə uyğun olaraq Nizaminin “Fitnə” , “Xeyir və Şər” ,“Kərpickəsən kişinin dastanı” və digər hekayələrdən parçalar oxundu və təhlil olundu. Şagirdlər “Xeyir və Şər” hekayəsi əsasında çəkilmiş cizgi filminə baxdılar. Fənn aylığı zamanı əsas məqsəd şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması, yerli və xarici ədəbiyyata olan marağının artırılmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi