”Qaytar mənim qüdrətimi, Azərbaycan!” seirinin müzakirəsi

10. 02. 2017-ci il tarixində məktəbdə xalq şairi Xəlil Rza Ulutürkün vəfatının 23 illiyinə həsr olunmuş ”Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirinin müzakirəsi keçirildi. Əsərin müzakirəsi məktəbin kitabxanasında təşkil olundu. Əvvəlcə şeir məktəbin 8b sinif şagirdləri tərəfindən ifadəli oxundu. Sonra məktəblilər şeirdən aldıqları təəssüratları bölüşdülər. Mübarizəyə, döyüşə çağırış, qələbəyə inam ifadə olunan şeirin müzakirəsində şagirdlər fəallıq nümayiş etdirdilər. Müzakirə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Səfərəliyeva və məktəbin kitabxanaçısı Elmira Rzayeva tərəfindən təşkil olunmuşdur.