Bu gün şəhid Abdulla Rəhimovun doğum günüdür

247 nömrəli tam orta məktəbin adını daşıdığı I Qarabağ müharibəsində igidlik göstərərək şəhid olmuş Abdulla Rəhimovun doğum günüdür.

Rəhimov Abdulla Rəhim oğlu 06 dekabr 1958-ci ildə anadan olub. I Qarabağ müharibəsində könüllü olaraq Füzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranboy, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə kiçik leytenant, 1992-ci ildən isə 776 saylı əlahiddə kəşfiyyat batalyonunun komandiri olmuşdur. 11 May 1992-ci ildə Şuşanın Zarıqlı, Tursoy kəndləri uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Şəxsən özü 30-35 nəfərə yaxın düşmən əsgərini məhv etmişdir.Dəfələrlə düşmənin arxasına keçərək uğurlu kəşfiyyat əməliyyatları aparmışdır.1994-cü ilin yanvar ayında Gödəkburun, Jezniqumer, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərmiş, düşmənin bir çox mövqelərini darmadağın edərək Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Abdulla Rəhimovun ən böyük arzusu torpaqlarımızın azad olacağı, qaçqın və köçkünlərimizin öz ev-eşiklərinə geri dönəcəyi, müharibənin başa çatacağı günü görmək idi. İgid Vətən oğlunun ruhu şaddır!

         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi