"Uşaq və valideynlər arasında necə dialoq qurulmalıdır" mövzusunda seminar

Valideyn-məktəb-şagird münasibətlərin düzgün qurulması məqsədilə Elm və Təhsil Nazirliyinin "Ailə, məktəb və cəmiyyət" adlı maarifləndirici layihələri çərçivəsində "Uşaq və valideynlər arasında necə dialoq qurulmalıdır" mövzusunda valideynlərlə seminar keçirildi.

Seminarı məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Qorodayeva Gülnar, məktəbin psixoloqları: Hüseynova Gülbəniz, Əliyeva Surahi təşkil etdilər. Seminarı aparan isə psixoloq valideyn Əyyubova Zeynəb oldu. Zeynəb xanım ailənin psixoloji iqliminə təsir edən amillərindən, onların həlli yollarından, valideyn-məktəb-şagird münasibətlərinin düzgün qurulmasından danışdı, maarifləndirici tövsiyələrini verdi. Hər bir valideynin məktəblə sıx əlaqə qurmasının vacib olduğu nəzərə çatdırıldı. Valideynlər övladlarının düzgün tərbiyəsində qarşıya çıxan çətinliklərdən suallar verdi və həlli istiqamətində məsləhətlər aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi