Ağıllı qaraj
7 “D” sinfin şagirdləri STEAM layihəsinin növbəti dərsində “Ağıllı qaraj” hazırladılar. Qarajın proqramlaşdırılmasında microbitdən istifadə olundu. Servomotorla birləşmiş qaraj qapısı üzərinə maqnit bərkidilmiş maşın yaxınlaşanda avtomatik açılır. Maşın qaraja daxil olduqdan sonra isə qapı avtomatik bağlanır.