"Kəşfiyyatçılar" mövzusunda nümunəvi dərs keçirildi
Ədəbiyyat fənnindən Məmmədova Sevda müəllimə Nümunəvi dərs verdi. Vll sinifdə Eyvaz Zeynallının "Kəşfiyyatçılar" hekayəsinin məzmunu üzərində iş aparıldı. Şagirdlər hekayənin süjet ardıcıllığını müəyyən etdi və bədii təsvir vasitələrini seçdilər. Təlim nəticəsinin və qiymətləndirmə meyarlarının dərsin alt standartını reallaşdırması izlənildi. Dinlənilən dərslərin ayın sonunda metodiki şura üzvləri ilə müzakirəsi aparılacaqdır. Məqsəd hər dərsin səmərəli təşkilini yollarını həmkarlarla bölüşməkdir.