Zəfərin mübarək, Azərbaycan!
"Zəfərin mübarək, Azərbaycan!" tədbiri ilə xalqımızın Zəfər bayramı məktəbdə qeyd edildi. Tədbirdə qonaq qismində Vətən müharibəsi şəhidi mayor Ruslan Cəfərovun qardaşı xüsusi təyinatlı təqaüddə olan, Şuşanın sıldırım qayalarını aşan Rəşad Cəfərov və ailə üzvləri iştirak etdilər. Tədbir Dövlət Himni və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin anılması ilə açıq elan olundu.Məktəblilərin vətənpərvər çıxışları oldu. Məktəbin direktoru çıxışında şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qarabağa qayıdışdan, Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirən Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uğurlu siyasətindən danışdı. Rəşad Cəfərov döyüş təəssüratlarını məktəblilərlə bölüşdü. Xatirə şəkli çəkdirməklə bayram tədbiri sona yetdi.