“Reproduktiv sağlamlıq” mövzusunda valideynlərlə görüş keçirildi
1-3 noyabr tarixlərində məktəbimizin psixoloqu “Reproduktiv sağlamlıq” mövzusunda valideynlərlə görüş keçirtdi. Görüşlər zamanı reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı olan reproduktiv sağlamlıq haqqında ətraflı məlumatlar verdi, bu çərçivədə uşaqlara qarşı mümkün zorakılıq halları və bu kimi xoşagəlməz hallarla bağlı profilaktik tədbirlər ətrafında müzakirələr apardı.