Sağlam qidalanaq ki, sağlam böyüyək
İkinci sinif şagirdlərimiz "Sağlam qidalar" mövzusunda "Xüsusu dərs" verdilər. Sinif müəllimi Fatma Əhməyeva sağlam həyat tərzi, faydalı qidalar, vitaminlərlə zəngin meyvə-tərəvəzlər haqqında şagirdlərinə təqdimat etdi. Şagirdlər isə öyrəndikləri əsasında çıxış etdi və sağlam qidaların necə hazırlandığını nümayiş etdirdilər.
Məqsəd şagirdləri sağlam yaşamağa sövq etmək, düzgün qidalanma haqda məlumat yaratmaq və öz fikrini müstəqil ifadə etmək bacarığı formalaşdırmaq oldu.