Reproduktiv sağlamlıq

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Gülnar Qorodayeva və məktəbin psixoloqları: Gülbəniz Hüseynova, Surahi Dadaşova yeniyetmə şagirdlərlə erkən nikahların qarşısının alınması, ailə planlaşdırılması, insan alverinin qurbanı olmamaq, qızların təhsildən yayınmasının qarşısının alınması mövzularında dəyirmi masa və disputlar keçirirlər. Məktəbin biologiya müəllimi Mürşüdova Elnurə erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən danışdı. Müzakirədə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumatlar verilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi