Milli Azərbaycan Tarixi muzeyinə ekskursiya

27. 01. 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində "Açıq qapı" günlərinin elan olunması ilə əlaqədar başda coğrafiya müəllimi Quliyeva Püstə və tarix müəllimi Şıxəliyev Sədi olmaqla 6a sinif şagirdləri Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyaya getdilər. Şagirdlərimiz burada qorunan Azərbaycan dövlətçilik rəmzləri, milli geyimlərimiz, əmək alətləri və digər eksponatlarla tanış oldular. Həmin gün muzeydə sərgilənən Azərbaycan milli geyimləri uşaqlar tərəfindən maraqla qarşılandı.