Həmkara dəstək-İKT təlimləri

05. 01. 2017-ci il tarixindən etibarən məktəbdə "Həmkara dəstək" layihəsi çərçivəsində İKT təlimlərinə start verildi. İlk olaraq ibtidai sinif müəllimləri təlimlərə cəlb edilmişdir. Məqsəd təhsildə informasiya texnologiyaları, elektron poçt və internet xidmətlərindən düzgün istifadə etməkdə müəllimlərə köməklik göstərmək, bu sahədə olan yeniliklərli onlara çatdırmaq və qarşıya çıxan çətinlikləri həll etməkdən ibarətdir. Digər fənn müəllimlərinin də təlimə cəlb olunması nəzərdə tutulmuşdur. Təlimlərimiz davam edir.