BŞTİ tərəfindən Azərbaycan dilinin tədrisi vəziyyətinin monitorinqi oldu
2023/2024-cü tədris ilinin əsas fəaliyyət istiqamətlərindən olan Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin yaxşılaşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq keçirildi. Monitorinq Azərbaycan bölməsi və rus bölməsi olmaqla lV, Vl, Vll, Vlll sinifləri əhatə etdi. Suallar qapalı və açıq olmaqla dinləyib-anlama,oxuyub-anlama, yazı məzmun xətlərini əhatə etdi.Monitorinqdə lV siniflər üzrə 116 şagirddən 105 şagird, Vl-Vlll siniflər üzrə 394 şagirddən 374 şagird iştirak etdi.