"Bulinq-sosial, pedaqoji, psixoloji problem kimi" mövzusunda VII-VIII siniflər arasında maarifləndirici işin təşkili
Bu gün məktəbdə “Bullinqə son!” mövzusunda maarifləndirici seminar keçirildi. Maarifləndirici tədbir zamanı məktəbin psixoloqu və təşkilatçısı bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu buraya şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət daxil olduğunu qeyd etdilər, bullinqə məruz qalan şəxslərin adətən, cinsi, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyini vurğuladılar. Eləcə də sosial və maddi durumu zəif olan şagirdlərə qarşı yönələn təzyiqlərin də bullinqin səbəbləri olduğu xatırlandı. Çıxış edənlər, xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdilər, bundan yarana biləcək fəsadlar haqqında danışdılar.Tədbirdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu.Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı,bullinqə qarşı mübarizə yolları araşdırıldı.
Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.