Metod, üsul, müasir yanaşma-metodbirləşmədə müzakirə
Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən 4 moduldan ibarət "Müasir müəllim: tədrisdən tədqiqata" adlı beynəlxalq ixtisasartırma təlimini uğurla bitirmiş məktəbimizin ibtidai sinif müəllimi Naidə İbrahimova əldə edilmiş təcrübəni həmkarları ilə bölüşdü. Tədqiqat prosesinin təşkili, konseptual planlaşdırma, məktəb mədəniyyəti və sağlam-psixoloji mühit, motivasiya və affektiv nəzəriyyələr, tənqidi düşüncə, interaktiv və inklüziv öyrənmə, funksional savadlılıq, dialoqlu öyrənmə kimi səmərəli fəaliyyətin təşkili istiqamətlərində fikir mübadiləsi oldu.