Pedaqoji şura iclası keçirildi
2022/2023-cü tədris ilinin yekununa həsr olunmuş sonuncu Pedaqoji şura iclası keçirildi. Gündəlik məsələlər ətrafında müzakirələr dinlənildi, çıxışlar oldu. Məruzə və çıxışları nəzərə alaraq Pedaqoji şura tədris ilinin yekununa, şagirdlərin sinifdən sinfə keçməsinə, yay-tədris tapşırığının verilməsinə, "Şagird davranış qaydaları"nın yekununa, attestatların verilməsinə, məktəb invertarlarının qorunub-saxlanmasına dair qərarlar qəbul etdi. 2022/2023-cü tədris ilində təlim-tərbiyəsinə görə fərqlənən "Ən yaxşı sinif"lər və səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər məktəb direktoru tərəfindən Fəxri fərmanlarla təltif edildi.