2022/2023-cü dərs ilinin son zəngi
Məktəbdə ənənəvi "Son zəng" tədbiri keçirildi. Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin İctimai əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseyn Əliyev, məktəb heyəti, valideyn komitələri və məzunların valideynləri iştirak etdilər. Tədbirin rəsmi hissəsi Dövlərət Himni ilə açıq elan edildi. Məktəbin direktoru Sitarə Abbasova çıxış etdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi sükutla anıldı. Sitarə xanım məzunları təbrik etdi. Müstəqil həyatlarında uğur qazanmalarını, Vətınimizə layiqli övlad olmalarını, Ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirmələrini arzu etdi. Təhsil nailiyyəti və ictimai işlərdə fəallığı ilə fərqlənən məzunları Fəxri fərmanla təltif etdi. Hüseyn Əliyev çıxışında məzunlara hansı peşənin sahibi olmalarından asılı olmayaraq daima Vətəni sevməyi, vətənpərvər olmağı tövsiyə etdi və onları təbrik etdi. Məzunların ibtidai sinif müəllimləri də çıxış edərək yazmağı, oxumağı öyrətdikləri körpələrin savadlı gənclər olaraq məktəbi bitirmələri ilə fəxr etdiklərini bildirdilər.
"Son zəng" tədbirinin bədii hissəsində on birincilər mahnılarını, rəqslərini, şeirlərini təqdim etdilər. Bilik açarını onuncu sinfə təqdim etdi, son zəngin sədaları ilə müəllimlərindən, doğma məktəbdən ayrıldılar.