1990-Qanlı gecə

19. 01. 2017-ci il tarixində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “1990-Qanlı gecə” anım tədbiri keçirildi. Öncə dövlət himnimiz səsləndi, bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi. Tədbir iştirakçıları qan yaddaşımızı əks etdirən video çarxlar, şəhidlərə həsr olunmuş şeirlər və səhnəciklər təqdim etdilər. Şagirdlərin ifasında olan bu səhnəciklərdə İlham-Fərizə faciəsi, o qanlı gecədə yaşanan bir neçə hadisə nümayiş etdirildi. Məktəbin direktoru, tarix müəllimi öz çıxışlarında bildirdilər ki, həmin gecədə törədilmiş qanlı hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə amansız Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirilmişdir. Həmçinin vurğulandı ki, tariximizə qanlı hərflərlə yazılan bu hadisə bizləri ruhdan salmamalı,əksinə mübarizəyə səsləməlidir. Tədbirin sonunda şagirdlər şəhidlərin ruhuna and içdilər və bu hadislərə qarşı biganə qalmayacaqlarını, hər zaman əzmli olacaqlarını bildirdilər.