"Ekologiya və iqtisadiyyat" aylığı ilə əlaqədar dəyirmi masa

18. 01. 2017-ci il tarixində "Ekologiya və iqtisadiyyat" aylığı ilə əlaqədar olaraq məktəbin coğrafiya müəllimi Püstə Quliyeva 6a sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Burada məktəbimizin 6a sinifinin şagirdləri ekologiya və iqtisadiyyata hansı yollarla kömək edəcəkləri barədə təkliflər irəli sürdülər. Şagirdlərimiz iqtisadiyyatımıza və ekologiyamıza sözdə yox, əməldə yardım məqsədi ilə ən praktik və özünü doğrulda biləcək yolu seçdilər. Belə ki, şagirdlərimiz tərəfindən yığılacaq makulatura, şüşə və plastik qablar toplanıb və dərs ilinin sonunda aidiyyatı yerlərə təhvil veriləcək. Bu onlarla ağacın qorunması deməkdir. Gələcəkdə tullantıların təhvilindən əldə olunacaq vəsait hesabına məktəbyanı sahədə yaşıllığın salınması və yeni ağacların əkilməsi nəzərdə tutulur. Məktəbimizin rəhbərliyi tərəfindən müəllimlərə və şagirdlərə tövsiyyə və tapşırıqlar verildi. Nəzərdə tutulmuş işlərə qarşı şagirdlərdə maraq və stimul yaratmaq üçün, ən çox makulatura, şüşə və plastik qabları təhvil verən siniflər diplom və hədiyyələrlə təltif olunacaq. Ekologiyamiza və İqtisadiyyatimiza dəstək ol, bizə qoşul!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi