20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri

18. 01. 2017-ci il tarixində məktəbin 6a və 7b sinifləri azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Səfərəliyevanın rəhbərliyi ilə 20 yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirdilər. Tədbirdə şəhidlərin xatirəsi anıldı, şagirdlərin ifasında şeirlər, musiqilər səsləndi və səhnəciklər ifa edildı. O qanlı tariximizi əks etdirən videoçarxlar nümayiş etdirildi. Bundan başqa 6a sinif şagirdləri 20 yanvar gününə həsr olunmuş stend və slaydlar da hazırlamışdılar.