“Mən və mənim əhatəm” adlı maarifləndirici məşğələ
Yeniyetmələrin reproduktiv sağlamlıq mövzusunda VIII-IX siniflər arasında “Mən və mənim əhatəm” adlı maarifləndirici məşğələ keçirilmişdir. Məktəbin təşkilatçısı və psixoloqu şagirdlərə dostluğun onlar üçün əhəmiyyəti, əsl dostluğa verilən tələblər və oğlan, qız arasında dostluq münasibətlərinin mahiyyəti haqqında diskussiya aparmışlar və sonunda şagirdlər “Dostluq nədir” adlı esse yazmışlar.