Heydər Əliyev Mərkəzinə ekskursiya

"Heydər Əliyev ili" çərçivəsində lX "A" sinfinin şagirdləri Heydər Əliyev Mərkəzində oldular. Mərkəzdəki eksponatlardan yararlanaraq tarix müəllimi Günay müəllimə ümummilli lider Heydər Əliyevin tərcümeyi-halı və siyasi fəaliyyəti haqqında şagirdlərə dolğun məlumatlar verdi. Heydər Əliyevin hakimiyyət illərinin hər iki dövrünü əhatə edən (1969-1982; 1993-2003) tarixi fəaliyyətini faktlar əsasında şagirdlərinə tanış etdi. Ulu Öndərin uzaqgörən siyasi fəaliyyəti ilə yanaşı, xalqımızın elminə, incəsənətinə və mədəniyyətinə göstərdiyi qayğı və diqqəti də nəzərə çatdırdı. Ümummilli liderin Azərbaycan dövlətçiliyinin və xalqının həyatında dərin iz buraxdığını qeyd edən müəllimə bu yolun  layiqlı davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ərazi bütövlüyümüzün bərpa olunmasındakı rolundan, "Ata vəsiyyətini" qürurla reallaşdırmasından da danışdı və müasir Azərbaycan tarixi ilə inteqrasiya apardı.

Məqsəd şagirdlərdə ölkəmizin tarixində müstəsna fəaliyyəti olan tarixi şəxsiyyətlər, Heydər Əliyev epoxası haqqında dolğun məlumat yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi