"Dəyərlərimiz və adət-ənənələrimiz bədii ədəbiyyatda" mövzusunda mütaliə saatı

Məktəbimizin kitabxanasında "Dəyərlərimiz və adət-ənənələrimiz bədii ədəbiyyatda" mövzusunda mütaliə saatı keçirildi. Kitabxana müdiri Nərgiz xanım Vl "A" sinfinin fəal oxucularına "Kitabi-Dədə Qorqud" dastanlarını, "Koroğlu" dastanını və Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasını mütaliə etməyi tapşırmışdı. Bu gün isə bu əsərlərin təhlili aparıldı və həmin kitablarda təbliğ olunan milli dəyərlərimizdən danışıldı. Dinləyicilər oxucuların fikirlərini dinlədi və düzgün təhlilin aparılması, ideyanın necə müəyyən edilməsi istiqamətində diskussiya qurdu, öz tövsiyələrini verdilər. Oxucular bu əsərlərdə əksini tapan dürüstlük, dostluq, mübarizlik, böyüyə hörmət, qonapərvərlik, verilən vədə əməl etmək kimi dəyərlərimizi müəyyənləşdirdilər. Məqsəd şagirdlərimizdə düzgün mütaliə bacarığı formalaşdırmaq və milli ruhda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi