Bakı Zooloji Parkında dərs-ekskursiya

18.04.2023-cü tarixində 247 №li tam orta məktəbin ibtidai sinif müəllimi Ataşova Afət Söhbət qızı IV "B" sinif şagirdləri ilə birlikdə Bakı Zooloji Parkına Həyat bilgisi fənnindən dərs-ekskursiya təşkil etmişdir. Dərs-ekskursiyanın məqsədi təhsilalanların fəal öyrınməsinə dəstək olmaq idi. Ekskursiya zamanı şagirdlər “Yer təbiətinin müxtəlifliyi” mövzusu ilə bağlı öz fikirlərini söyləmiş və zooparkda əyani olaraq gördükləri heyvanlar haqqında yeni məlumatlar əldə etmişdilər. Eyni zamanda şagirdlər tanıdıqları heyvanlar (şir, pələng, dəvə, meymun, kenquru və s.) haqqında təqdimatlar etmişdilər. Dərs-ekskursiya çox maraqlı keçmiş və şagirdlər xoş təəssüratlarla geri qayıtmışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi