Rəqəmsal summativ qiymətləndirmə
Vl "C" sinif şagirdləri ilə V bölmə üzrə kiçik summativ qiymətləndirməni rəqəmsal keçirdik.
Rəqəmsal summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada təşkil edilməsidir. Qiymətləndirmə “Virtual məktəb” platforması üzərindən aparılır. Rəqəmsal qiymətləndirmə zamanı şagird nəticələri imtahan bitdiyi an emal olunur, zaman itkisi olmur, kağız israfının qarşısını alınır.