"Heydər Əliyev epoxası" - "Xüsusi dərs"

Tarix müəllimi Pərvin Kərimova Vlll"C" sinfində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xüsusi dərs" verdi. Müəllimə Heydər Əliyevin avtobioqrafiyası haqqında məlumat verdi. Şagirdlərə Heydər Əliyevin Azərbaycan dövlətinin tarixindəki roluna dair suallar ünvanladı. Şagirdlər öyrəndikləri məlumatlar əsasında bu sualları cavablandırdılar. Ulu Öndərin hakimiyyəti illərində ölkənin inkişafına, uğurlu gələcəyinə yönəlmiş uzaqgörən siyasi fəaliyyəti barədə şagirdlərdə ətraflı məlumat yarandı. Dərsdə məktəbin rəhbərliyi və digər tarix müəllimləri də iştirak etdilər. Sitarə Abbasova dərs üçün müəllimə və şagirdlərə təşəkkür etdi. Heydər Əliyevin həyat yolunun hər bir vətəndaş üçün vətəndaşlıq nümunəsi olduğunu bildirdi. Şagirdlə tariximizi dərindən bilməyi, tarixi şəxsiyyətlərimizi tanımağı, Qəhrəmanlarımı unutmamağı tövsiyə etdi.