"Heydər Əliyev ili"nə həsr olunmuş "Açıq dərs" verildi

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Heydər Əliyev ili"nə həsr olunmuş "Açıq dərs" verildi. Əliyeva Bahar müəllimə lV "A" sinif şagirdləri ilə "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda apardıqları araşdırmaları təqdim etdilər. "Tarixi şəxsiyyətlərimiz milli dəyərimizdir", "Mənəvi dəyərlərimiz", "Tarixi abidələrimiz", "Milli musiqimiz", "Milli adət-ənənələrimiz" mövzularında şagird təqdimatları və "Dəyərlərimizi necə qorumalıyıq" müəllim təqdimatı dinlənildi. "Açıq dərs" də məktəb rəhbərliyi iştirak etdi. Məqsəd şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi