Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi layihələr qalibi olan "Mənim riyazi bələdçim" layihəsinin bağlanış tədbiri keçirildi

Bağlanış tədbirində məktəbin direktoru Sitarə Abbasova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Gülnar Qorodayeva, layihə rəhbəri Naidə İbrahimova, müəllim heyəti, şagirdlər və qonaqlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sitarə Abbasova layihənin əhəmiyyətindən, görülən işlərdən danışdı.

Daha sonra layihə rəhbəri Naidə İbrahimova "Mənim riyazi bələdçim" layihəsi çərçivəsində görülən işlər və nəticələr barədə məlumat verdi. O, layihənin məqsədinin Khan Academy platformasından istifadə etməklə   şagirdlərin Riyaziyyat fənninə marağını artırmaq, onlara riyazi biliklərə sərbəst şəkildə yiyələnmək bacarıqlarını aşılamaqdan ibarət olduğunu bildirdi. Layihə çərçivəsində görülən işlərdən danışan layihə rəhbəri Naidə İbrahimova layihənin şagirdlərin təlim nəticələrinə, onların tətbiqlərdən istifadə bacarıqlarına müsbət təsirini vurğuladı. O bildirdi ki, "Mənim riyazi bələdçim" layihəsi şagirdlərə riyaziyyatı tətbiqdən istifadə etməklə  öyrənmək istədikləri hər yerdə öyrənə bilmə bacarıqları qazandırıb.

Layihənin davamlılığından söhbət açan layihə rəhbəri təkcə dərsdənkənar məşğələlərdə deyil, dərs prosesində də Khan Academy platformasından istifadə olunacaq. Həmçinin şagirdlərə ev tapşırığı kimi platformadakı tapşırıqlardan istifadə edəcəklərini qeyd edib.

Bağlanış tədbirində şagird çıxışları dinlənildi.

  Şagirdlər Khan Academy platformasının onlar üçün maraqlı olduğundan, dərsdənkənar məşğələdə platformadakı tapşırıqları böyük həvəslə yerinə yetirdiklərindən danışdılar. Hətta evdə də platformaya daxil olaraq öz nəticələrini yüksəltdiklərini qeyd etdilər.

Tədbirin qonaqları layihənin uğurla icra olunması münasibəti ilə öz təbriklərini dilə gətirdilər.

Sonda şagirdlər layihədə iştiraklarına görə sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi