31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
"Mənim hüquqlarım" dərnəyinin rəhbəri Günay Allahverdiyeva lX – X sinif şagirdləri ilə dəyirmi masa keçirdi.
1918-ci ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının digər bölgələrində və Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və s. ərazilərdə Bakı soveti və erməni daşnak silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, bu soyqırımının baş verdiyi tarixi şərait, soyqırımının törədildiyi ərazilər, ermənilərin soyqırımı törətməkdə məqsədi barədə araşdırmalarını şagirdlər təqdim etdilər. Günay müəllimə məlumat verdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci ildə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü barədə sərəncam verdi. Bu gün Ulu Öndərin azərbaycançılıq siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışdı. Məktəbin direktoru Sitarə Abbasova şagirdlərlə debat apardı, vətənimizin tarixini dərindən öyrənməyi tövsiyə etdi.