Novruz töhfələri

V "C" sinif şagirdlərinin Novruz bayramı münasibətilə sinifdənxaric "Novruz töhfələri" adlı tədbiri oldu. Şagirdlər milli rəqslər etdilər. "Arşın mal alan" kompozisiyasını təqdim etdilər. Milli musiqi alətimiz tarda ifa etdilər. "Kosa-keçəl" xalq dramını canlandırdı, haxıştalar və bayatılar söylədilər. Novruz bayramı barədə qonaqlardan xatirələrini soruşdular. Bir sözlə, Novruz töhfələrini qonaqlara ərməğan etdilər. Sonda məktəbin direktori Sitarə Abbasova çıxış etdi. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu anıldı. Tədbirin təşkilində əməyi olanlara təşəkkür etdi. Bayram təbriklərini bildirdi və vətənpərvər, milli ruhda böyüyən övladlarımızla qürur duyduğunu bildirdi. Tədbirin sonunda tədbir iştirakçıları və valideynlərlə xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi